Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 19:37

Bakı-Tokio reysinin açılması müzakirə edilir


Tokio aeroportu

Yaponiyanın mülki aviasiya administrasiyasının nümayəndələri Dövlət Mülki Aviasiya Administrasiyasının (DMAA) dəvəti ilə Bakıya gəlib. Tərəflər Azərbaycan ilə Yaponiya arasında ardıcıl reyslərin açılması məsələsini müzakirə ediblər.

Bu haqda Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən bildiriblər.

Nümayəndə heyətləri təyin olunmuş aviaşirkətlərə birbaşa sərnişin və yük reyslərini yerinə yetirmək, həmçinin, kodlardan birgə istifadə haqqında müqavilələr bağlamaq hüququnun verilməsi barədə razılıq əldə ediblər.

Görüşdə Azərbaycan və Yaponiya aviaşirkətlərinin nümayəndələri də iştirak ediblər.

DMAA-dan bildiriblər ki, hələlik, uçuşların vaxtı müəyyən edilməyib. Amma araşdırmalar göstərir ki, sərnişin və yük reyslərinin yerinə yetirilməsinə müəyyən ehtiyac var.

Günün bütün mövzuları

XS
SM
MD
LG