Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 04:06

İyulun 29-dan 2017/2018-ci tədris ilində ali təhsil müəssisələrinə bütün qruplar (I – V) üzrə ixtisas seçimi başlayır.

Bu xəbəri Dövlət İmtahan Mərkəzi (DİM) yayıb.

Xəbərdə bildirilir ki, ixtisas seçimi avqustun 10-a kimi internet vasitəsilə aparılacaq. Müsabiqəyə yalnız bu müddət ərzində ixtisasları seçib öz elektron ixtisas seçimi ərizələrinə daxil edərək təsdiqləmiş abituriyentlər buraxılacaq.

I və IV ixtisas qrupları üzrə müsabiqəyə ümumi balı 200-dən yuxarı olan abituriyentlər buraxılır. Onun hər hansı bir imtahan fənni istisna olmaqla, qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmamalıdır. Dövlət sifarişi əsasında ayrılan yerlər üzrə keçid balı isə 250-dən başlayır.

II və III ixtisas qruplarında isə dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi bal 300-dən yuxarı olmalıdır.

Ancaq DİM bildirib ki, bu il bəzi ali məktəblərdə bir sıra ixtisaslar üzrə keçid balı 150-yə endiriləcək.

Bu il ilk dəfə DİM ali məktəblərə qəbul imtahanını iki dəfə keçirib. Üstəlik, imtahanlar pulludur. Qiymətlər 10 manatdan 100 manata kimi dəyişir. Ancaq birinci dəfə qəbul imtahanlarında iştirak edənlər istisna təşkil edir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG