Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 15:01

Yoxa çıxan 13 çeçen haqda məlumatlar Ombudsmana verilib


Ombudsman T.Moskalkova

Moskvada qəralaşan Memorial İnsan Haqları Mərkəzi Çeçenistanda yoxa çıxan 13 nəfərlə bağlı materialları Rusiya Ombudsmanı Tatyana Moskalkovaya verib.

Memorialın sədri Oleg Orlov iyulun 27-də deyib ki, həmin yoxa çıxan 13 nəfərə qarşı Çeçenistanda polisə hücum şübhələri ilə istintaq başlanıb.

İyulun 24-də Memorial hesabat yaymışdı ki, həmin 13 nəfəri çeçen polisi dekabr-fevral aylarında tutub və onların taleyi barədə qohumlarına heç bir məlumat verilməyib.

Hesabatda deyilirdi ki, həmin adamlardan bir həbsxanada ölüb. Rəsmi izaha görə, o, ürək tutmasından keçinib.Ancaq onun meyiti qohumlarına verilməyib.

İyulun 9-da Novaya Qazeta yazırdı ki, dekabrın 17-də çeçen polisinə hücuma görə dekabr-yanvar aylarında Çeçenistanda 27 nəfərhəbs olunub və yanvarın 26-da gecə məhkəməsiz edam olunub. Qəzet həmin adamların adını da yazırdı.

Çeçenistanın informasiya naziri Dzhambulat Umarovbu xəbəri “yalan” adlandırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG