Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:43

Kadyrov indi də boşananları barışdırır


Kadyrov ailə haqda
Kadyrov ailə haqda

Çeçenistan prezidenti Ramzan Kadyrov gənc ailələri əllərindən gələni etməyə, ailələrini qoruyub saxlamağa, boşanmamağa çağırıb.

Kadyrov iyulun 25-də İnstagramda yazıb: “Mən yenə təkidlə siz gənclərdən xahiş edirəm ki, ailələrinizi dağıtmayıln, ailə bağlarını qırmayın. Evlilik həmişə uğurlu olmalıdır. Əks proses, boşanma çox çətindir”

Kadyrovun bu mesajı hazırda Çeçenistanda dağılan 240 ailəyə və ümumiyyətlə, gənc ailələrə ünvanlanıb. Bu 240 ailəni barışdırmaq üçün hazırda Çeçenistanın həm dini, həm də dünyəvi rəhbərliyi böyük kampaniya aparır.

Kadyrov yazır ki, Çeçenistanın rəsmiləri və dini xadimlıəri artıq boşanmış 2 min ailə ilə görüşəndən, ailəni qoruyub saxlamağın əhəmiyyətini, valideynlərin məsuliyyətini, uşaqların taleyini müzakirə edəndən sonra həmin 240 ailəni xilas etmək mümkün olub.

Kadyrov deyir ki, Çeçenistanın dini liderləri boşanmışları da birləşdirmək əzmindədirlər. Kadyrovun fikrincə, boş bir səbəbdən və ya səbəbsiz boşananlar, uşaqlarını gözü yaşlı qoyanlar Şeytana uyanlardır.

59 AİLƏ

Çenistan prezidentinin sözlərinə görə, rəsmilərin və din xadimlərinin söhbət etdiyi yüzlərlə ailədən yalnız 59-u barışmağa qəti razı olmayıb.

Kadyrovun buna da izahı var: “Bəzi qadınlar ailəni saxlamaq üçün etik, dini və mənəvi meyarların qoyduğu xətti keçib”.

Kadyrov İnstagramdakı mesajına belə yekun vurur ki, ailədə ata, ana, uşaq varsa, bu ailəni qoruyub-saxlamaq üçün hər şeyi etmək lazımdır.

TƏNQİDLƏRDƏN YAYINMA?

Çeçenistan alternativ həyat tərzinə - geylərə, biseksuallara, lesbiyanlara dözümsüzlüyə görə son zamanlar tənqid altındadır.

Kadyrov bu ittihamları özunəməxsus şəkildə rədd edir. O deyir ki, Çeçenistanda homoseksualları təqib etmirlər, çünki "Çeçenistanda homoseksual yoxdur, əgər varsa, götürün, Kanadaya aparın".

ƏSİL SƏBƏBLƏR BAŞQADIR

Heinrich Boll Fondunda gender məsələləri üzrə koordinator İrina Kosterina Azadlıq Radiosuna deyir ki, son illər Çeçenistanda boşanmalar artır: “Çeçnistan çox mühafizəkar region olsa da boşanmaların sayı artmağa başlayıb”

Onun fikrincə, bunun səbəblərindən biri ailə zorakılığıdır, Çeçen rəsmiləri və dini xadimləri isə dini və adət-ənənələri işə salıb, ailələri birləşdirmək istəyir. Buna görə də bu cəhdlər çox vaxt uğursuz olur.

Rusiyada Qanun Təşəbbüsü adlı QHT-nin hüquqşünası Olga Gnezdilova isə Kavkaz Realii-yə deyir ki, ailə zorakılığı Qafqazda və bütün Rusiyada problem kimi qəbul olunmur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG