Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 10:48

Keçmiş məhbuslara müavinət ödənib


Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi

Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi (ƏƏSMN) cəza çəkməkdən azad edilən 2447 nəfərə birdəfəlik müavinət verib.

Bu haqda nazirliyin məlumatında bildirilir.

Müavinət alan keçmiş məhkumların tibbi və sosial yardıma ehtiyacı olduğu bildirilir.

Buna da bax:​ Keçmiş məhbus: 'Həbsxanaya dönmək istəmirəm'

Onların hər birinə minimum əmək haqqının 4 misli qədər, yəni 464 manat müavinət ödənilib.

Bununla yanaşı, cəza müddəti başa çatmaqda olan məhbusların peşə hazırlığına cəlb edilməsi işlərinin də davam etdirildiyi qeyd olunur.

Bakı şəhərində yetkinlik yaşına çatmayanlardan ötrü tərbiyə müəssisəsində, habelə 6, 2, 4, 7, 10, 16 saylı və Salyan rayonundakı 5 saylı cəzaçəkmə müəssisələrində peşə hazırlığı kursları təşkil edildiyi açıqlanıb. 164 nəfərin müxtəlif peşələr üzrə kurslara cəlb olunduğu bildirilir

Günün bütün mövzuları

XS
SM
MD
LG