Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 10:58

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycana səfər edəcək.

Bu haqda həmməruzəçilərdən Stefan Schennach (Avstriya) məlumat yayıb.

O bildirib ki, səfər qarşıdakı bir ay ərzində baş tutacaq.

Stefan SchennachCezar Preda-nın (Rumıniya) ölkə rəhbərliyi ilə görüşlər keçirəcəyi bildirilir.

Sonuncu dəfə həmməruzəçilər bu il iyunun 12-dən 14-ə kimi Azərbaycanda səfərdə olublar. Səfər zamanı onlar vətəndaş cəmiyyətinin nümayəndələri, vəkillər, parlamentdən kənar müxalifət partiyalarının nümayəndələri və rəsmilərlə bir araya gəliblər.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bu quruma üzv olarkən Azərbaycan insan haqları, azad seçkilər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və daha bir çox məsələlərlə bağlı üzərinə öhdəlik götürüb. Azərbaycan hələ də qurumun monitorinqi altındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG