Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 02:45

Daxili İşlər Nazirliyi ilə Dövlət Sərhəd Xidməti iyulun 25-i və 26-da Balakən, Zaqatala rayonlarında birgə əməliyyat keçirib. Məqsəd narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə olub.

Bu haqda Daxili İçlər Nazirliyinin (DİN) mətbuat xidməti xəbər verir.

Birgə əməliyyatla Balakən və Zaqatala rayonları (Bakıdan 450 kilometr şimal-şərq) ərazisindəki meşə massivlərində 26 ton narkotikin məhv edildiyi bildirilir.

Əməliyyatlara Daxili Qoşunların helikopterləri də cəlb olunub. Nəticədə meşə zolaqlarında narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsinə dair faktlar müəyyən olunduğu açıqlanıb.

Həmin faktlar üzrə ümumi çəkisi 26 ton 685 kiloqram olan 26 min 660 ədəd narkotik tərkibli çətənə kollarının və xalis çəkisi 23 kiloqram olan qurudulmuş marixuananın aşkar olunaraq götürüldüyü bildirilir.

DİN bildirir ki, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Qeyd olunan cinayətləri törətməkdə şübhəli bilinən 3 nəfəri istintaqa cəlb ediblər.

Onların kimliyi açıqlanmır. Həmin şəxslərin bu ittihama münasibəti məlum deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG