Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 15:24

Tillerson istefa verməyəcəyini deyir


Rex Tillerson

ABŞ-ın dövlət katibi Rex Tillerson iyulun 26-da istefa verəcəyi ilə bağlı xəbərləri təkzib edib, heç yerə getməyəcəyini deyib.

Bu həftə Vaşinqtonda xəbərlər yayılmışdı ki, Tillerson tezliklə vəzifəsindən gedəcək, səbəb də prezident Donald Trump və Ağ evdə digərlərindən narazılığıdır.

Dövlət Departamenti bu şayiələri təkzib etdi, ancaq Tillerson jurnalistlərə bilavasitə bu haqda danışıb.

«Heç yerə getmirəm. Prezident icazə verdikcə bu vəzifədə qalacağam», – Tillerson deyib.

Trump-la münasibətlərinə dair suala Tillerson «yaxşıdır» cavabını verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG