Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:38

Gürcü fəallara xəbərdarlıq olundu


Gürcüstan Daxili İşlər Nazirliyi

Gürcüstan Daxili İşlər Nazirliyi bir qrup fəala xəbərdarlıq edib ki, hökumətin və rusiyapərəst separatçıların nəzarətində olan ərazilərin təmas xəttində keşik çəkməsinlər. Söhbət Cənubi Osetiya və Abxaziyadakı ərazilərdən gedir.

Nazirlik təmsilçiləri iyulun 25-də «Vəhdət Gücü» hərəkatının fəallarıyla görüşündə onlara deyib ki, arzuolunmaz fəsadlar riskinə görə mülki patrul planlarından əl çəksinlər.

Hərəkat daha öncə bildirmişdi ki, separatçıların nəzarətində olan ərazilərə yaxın yerlərdə «yerli vətəndaşları qorumaq» məqsədiylə patrul xidmətinə başlamaq planları var.

Nazirlik rəsmiləri deyiblər ki, ərazilərdə Avropa Birliyinin monitorinq missiyası və Daxili İşlər Nazirliyinin bölmələri patrul xidmətini gerçəkləşdirir və icazəsiz patrul qanunsuz sayıla bilər.

Rusiya 2008-ci ildə Tbilisiyə qarşı beşgünlük müharibədən sonra Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Əksər ölkələr bu regionları Gürcüstanın ayrılmaz hissəsi sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG