Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 19:26

Keçmiş iqtisadiyyat naziri rüşvətxorluqda suçlanır


Aleksei Ulyukayev

Rusiya Baş Prokurorluğu keçmiş iqtisadi inkişaf naziri Aleksei Ulyukayev-ə qarşı ittihamnaməni təsdiqləyib və məhkəməyə göndərib.

Məlumatı Rusiya xəbər agentlikləri iyulun 26-da yayıblar.

Ulyukayev rüşvətxorluq və korrupsiyada ittiham olunur.

İyulun 26-da Moskva Şəhər Məhkəməsi Ulyukayev-i ev dustaqlığından azad etməyib. Keçmiş nazirə yaşayış yerini dəyişmək, yaxud tərk etmək də qadağan olunub. O, yalnız yaxın ailə üzvləriylə görüşə bilər.

Ulyukayev 1950-ci illərdən bəri həbs olunan ən yüksəkçinli sovet və ya Rusiya hökumət rəsmisidir. O, ötən ilin noyabrında ev dustaqlığına məhkum edilib. Keçmiş nazirin 2 milyon dollar rüşvət aldığı iddia olunurdu. Əvəzində İqtisadi İnkişaf Nazirliyi «Rosneft» neft nəhənginə «Bashneft» regional neft şirkətində böyük pay əldə etməyə icazə verəcəkmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG