Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 14:25

Rusiyaya sanksiyalar layihəsinin yolu açılır


Bob Corker

ABŞ Konqresinin respublikaçı liderləri iyulun 26-da deyiblər ki, Rusiyaya sanksiyaları sərtləşdirəcək qanun layihəsiylə bağlı son addımla əlaqədar razılığa gəliblər. Bu layihə prezident Donald Trump-ın sanksiyaları asanlıqla əngəlləməsini çətinləşdirəcək.

Layihə iyulun 25-də Nümayəndələr Palatasında səs çoxluğuyla qəbul edilib, ancaq Senatda müqavimətlə üzləşib. Senatorlar Senatın ilkin layihəsinə Şimali Koreyaya sanksiyaların əlavə olunmasına dair Palatanın qərarına qarşı çıxıblar.

Sözügedən layihə Rusiya və İrana cəzaları nəzərdə tutur.

«Sanksiyalarla bağlı qanun layihəsini prezidentin masasına göndərməyə bizə imkan verəcək razılaşmanı əldə etdiyimizi məmnunluqla bildirirəm», – Senatın xarici əlaqələr komitəsindən Bob Corker deyib.

Bu layihə Rusiyaya bir sıra sanksiyalar qoyacaq. Həmin sanksiyalar keçmiş prezident Barack Obama tərəfindən irəli sürülüb. Məqsəd Rusiyanı ABŞ-da ötənilki prezident seçkisinə iddia olunan müdaxiləsinə, eləcə də 2014-cü ildə Ukraynanın Krım yarımadasını qanunsuz ilhaqına görə cəzalandırmaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG