Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:08

Saakashvili Ukrayna vətəndaşlığından məhrum edildi


Mikheil Saakashvili
Mikheil Saakashvili

Ukraynanın Odessa regionunun 2015-2016-cı illərdə qubernatoru olan Mikheil Saakashvili Ukrayna vətəndaşlığından çıxarılıb.

Bu məlumatı iyulun 26-da Ukraynanın Dövlət Miqrasiya Xidməti öz rəsmi saytında yerləşdirib. Məlumata görə, Miqrasiya Xidməti Saakashvili məsələsi ilə bağlı prokurorluqdan materiallar alıb, bu materialları prezident Poroshenko nəzərdən keçirib. O da vurğulanır ki, vətəndaşlıqdan məhrum etmə yalnız ölkə prezidenti Petro Poroshenkonun sərəncamı ilə edilə bilər.

İyulun 26-da bu məlumatdan bir az əvvəl Ukraynanın TSN agentliyi Dövlət Miqrasiya xidmətindəki adı çəkilməyən mənbəyə istinadla xəbər verirdi ki, Saakashvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsinin səbəbi onun 2015-ci ildə vətəndaşlıq alarkən bilərəkdən yalan məlumat verməsidir. Saakashvili onun barəsində Gürcüstanda cinayət işi açılmasını gizlədib.

2004-2013-cü illərdə Gürcüstan prezidenti olan Saakashvili 2015-ci ildə Ukrayna vətəndaşlığı alandan sonra Gürcüstan vətəndaşlığından imtina etdi.

Buna da bax: Saakashvilinin Ukrayna Daxili İşlər naziri Avakovla mübahisəsi (video)

Saakashvili-yə stəkan atdılar
Gözlə

No media source currently available

0:00 0:04:02 0:00

Saakashvilin prezidentliyi dövründə dövlət vəsaitini dağıtması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ittihamları ilə indi ona qarşı Gürcüsyanda cinayət işi açılıb. Saakashvili bu ittihamları siyasi motivli adlandırır.

Buna da bax: Saakashvili: "Sıfır korrupsiya", "oğruların həbsi"

Saakashvili 2016-cı ilin noyabrında Odessa qubernatorluğundan istefa verəndə prezident Poroshenkonu açıq ittiham etdi ki, Kiyevdəki mərkəzi hakimiyyət islahatları sabotaj edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG