Keçid linkləri

Təcili xəbərlər
2018, 20 May, bazar, Bakı vaxtı 23:37

Azərbaycandan gedənlər gələnlərdən çoxdur


Azərbaycan Dövlət Statistika Komitəsi

Son 27 ildə Azərbaycana gələnlər, ölkədən gedən şəxslərdən azdır.

Bu haqda Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Məlumatda vurğulanır ki, 1990-cı ildə Azərbaycana daimi yaşamaqdan ötrü 84,3 min nəfər gəlib, 137,9 min nəfər isə ölkəni tərk edib.

Buna da bax:​ Sığınacaq istəyən azərbaycanlıların sayı artıb

1991-ci ildə də gedənlərin nisbəti gələnlərlə müqayisədə çox olub - 66,3 min nəfər gəlib, 106 min nəfər gedib.

Statistik göstəricidə 1992-94-cü illərdəki miqrasiya prosesi barədə məlumat verilmir.

1995-ci ilin statistik göstəricilərinə görə, gələnlər 6.2 min nəfər, gedənlər isə 16,0 min nəfərdir.

Buna da bax: 'Gürcüstan daha azərbaycanlı dissidentlərə qucaq açmır'

Bütünlükdə isə son 27 ildə ölkəyə daimi yaşamağa 283,6 min nəfər gəlib. Bu müddətdə daimi yaşamaq məqsədi ilə ölkədən gedənlərin sayı isə 453,8 min nəfər olub.

Azərbaycan 1991-ci ildə müstəqilliyini əldə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG