Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 14:58

İlahiyyatçıya bəraət istənilir


İlahiyyatçı Sərdar Babayev

Həbsdəki ilahiyyatçı Sərdar Babayevə bəraət istənilir. Onun vəkilləri bununla bağlı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Bu haqda ilahiyyatçının vəkillərindən Cavad Cavadlı məlumat verib.

Vəkilin bildirdiyinə görə, apellyasiya şikayəti Masallı Rayon Məhkəməsinin S.Babayevin 3 il azadlıqdan məhrum edilməsini nəzərdə tutan hökmündən verilib.

Şikayətdə əməlində cinayət tərkibinin olmaması bildirilərək Sərdar Babayevə bəraət verilməsi istənilir.

Buna da bax:​ İlahiyyatçıya 3 il həbs cəzası verildi [yenilənib]

Şirvan Apellyasiya Məhkəməsinin şikayətə nə zaman baxacağı hələlik, bəlli deyil.

S.Babayev bu il fevralın 22-də saxlanmışdı. O Cinayət Məcəlləsinin 168.1 (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham edilib. İyulun 3-də isə Masallı Rayon Məhkəməsində hakim Anar Alməmmədov ilahiyyatçını 3 il azadlıqdan məhrum edən hökm çıxarıb.

Məhkəmə prosesi davam etdiyi vaxt yerli rəsmilər bildiriblər ki, S.Babayev xaricdə dini təhsil alıb, Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.

Buna da bax:​ Həbsdəki ilahiyyatçının şikayəti təmin olunub

Müdafiə tərəfi bildirir ki, S. Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddə bu ilin mayında yumşaldılıb. Artıq, xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilərlər.

Yerli sakinlərin AzadlıqRadiosu-na dediklərinə görə, S.Babayev həmişə məsciddə oxuduğu xütbələrdə ölkədəki problemlərdən bəhs edərək, tənqidi fikirlər səsləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG