Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 06:51

Trump İranı və 'Hizbullah'ı ittiham edir


Saad Hariri və Donald Trump

ABŞ prezidenti Donald Trump İranı və onun Suriya və Livanda dəstəklədiyi «Hizbullah» yaraqlılarını tənqid edib, onları «humanitar fəlakət» yaratmaqda, bütün regionda sülhə təhlükə törətməkdə suçlayıb.

««Hizbullah» Livan dövlətinə, Livan xalqına və bütün regiona təhlükədir», – Trump Ağ evdə Livanın baş naziri Saad Hariri ilə iyulun 25-də keçirdiyi mətbuat konfransında deyib.

«Qrup hərbi arsenalını artırır, İsraillə yeni bir münaqişəyə başlamaqla hədələyir. İranın dəstəyi ilə bu qurum Suriyada humanitar fəlakəti alovlandırır. «Hizbullah»ın əsl maraqları özü və sponsoru İranla bağlıdır», – Trump söyləyib.

Trump-ın fikrincə, sələfi Barack Obama Suriya prezidenti Bashar al-Assad və onun müttəfiqləri olan İran və «Hizbullah»a qarşı addım atmalıydı.

Günün bütün mövzuları

XS
SM
MD
LG