Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:52

Latviyada dron uçuran rusiyalı saxlanıb


Dron

Riqada, Latviya Müdafiə Nazirliyi üzərində dron uçuran rusiyalı saxlanıb. Bu haqda məlumatı iyulun 25-də Latviya silahlı qüvvələri yayıb.

Həmin rusiyalı iyulun 19-da saxlanıb. O, bu yaxınlarda qüvvəyə minmiş qaydanı pozubmuş. Qaydaya görə, nazirlik yaxınlığında pilotsuz təyyarələrin uçuşu qadağan olunub.

TASS Latviya rəsmilərinə istinadla yazır ki, adı çəkilməyən rusiyalı «indilik» buraxılıb, belə ki, o, dronun Müdafiə Nazirliyi üzərində uçduğunu bilmədiyini, yaxınlıqdakı incəsənət muzeyinin fotosunu çəkmək istədiyini söyləyib.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra Rusiyayla Baltik ölkələri olan Latviya, Litva və Estoniyanın münasibətləri gərginləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG