Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 15:01

Trump Sessions-ı tənqid edir


Donald Trump və Jeff Sessions

ABŞ prezidenti Donald Trump baş prokuror Jeff Sessions-ı tənqid edib, onu kəşfiyyat sızmalarını «çox zəif» təhqiq etməkdə suçlayıb. Trump onu da deyib ki, Sessions demokratlardan keçmiş namizəd Hillary Clinton-la bağlı araşdırma apara bilməyib.

«Reuters» xəbər verir ki, Trump siyasi müttəfiqləri ilə məxfi söhbətlərində Sessions-ı işdən çıxarmağın mümkün nəticələrini götür-qoy edib.

İyulun 25-də mətbuat konfransında Trump-dan Sessions-ın baş prokuror kimi gələcəyi barədə soruşublar, o, Sessions-ın işdən çıxarılacağı barədə bir söz deməyib, əvəzində «bunu zaman göstərər» söyləyib.

Sessions Rusiyanın ABŞ-da ötənilki prezident seçkisinə iddia olunan müdaxiləsinə dair hökumətin təhqiqatından özünü kənara çəkib. Trump bundan qəzəbini iyulun 24-də Twitter hesabında büruzə verib. Trump-ın tvitləri, Sessions-a təzyiqin artması onun işdən çıxarılmasa belə, istefa verəcəyi barədə spekulyasiyalar yaradıb.

Ancaq Sessions-a yaxın adamlar onun belə bir planı olmadığını deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG