Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 22:10

Dollar hərracda yenə ucuzlaşdı


Dollar

İyulun 25-i Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Bu barədə xəbəri Mərkəzi Bank yayıb.

Xəbərə görə, hərracda manatın ortaçəkili məzənnəsi 1.7010 səviyyəsində müəyyən edilib.

Bu gün, iyulun 25-i rəsmi məzənnəyə görə, 1 dollar 1.7012 manata bərabər olmuşdu.

Son 5 ayda keçirilən hərraclarda bəzi istisnalarla manat dollara nisbətən möhkəmlənməkdədir.

Bu müddət ərzində 1 dollar 1 manat 92 qəpikdən 1 manat 70 qəpiyə düşüb.

Bəzi iqtisadçılar isə düşünür ki, Azərbaycanda manatın möhkəmlənməsinin ciddi iqtisadi əsasları yoxdur. Sadəcə, məzənnə reallıqda inzibati qaydada müəyyən edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG