Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 16:22

Bankdan 4 milyon oğurlayanların tutulduğu deyilir


Danila Dorin Konstantinoviç

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) beynəlxalq kibercinayətkar qrupu ifşa etdiyini bildirir.

Bununla bağlı bu gün, iyulun 25-i DTX-nin yaydığı məlumatda bildirilir.

Məlumatda yazılır ki, Azərbaycandan kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup ölkədə ictimai əhəmiyyətli infrastruktur obyekti olan bir kommersiya bankının kompyuter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edib.

Bununla pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə 3 milyon 700 min manatdan artıq vəsait oğurlanıb.

«Digər dövlətlərdə olan banklara da eyni metodlarla kiberhücumlar edilərək talama cinayətlərinin törədildiyi müəyyənləşib. Fakt üzrə toplanılmış materiallar əsasında Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq, küllü miqdarda törədildikdə) və 273.4-cü (Kibercinayətlərin törədilməsi) maddələri ilə cinayət işi başlanıb».

Məlumatda vurğulanır ki, cinayət əməllərinin törədilməsində şübhəli bilinən xarici ölkə vətəndaşı Danila Dorin Konstantinoviç İspaniya Krallığının Barselona şəhərində saxlanıb. Beynəlxalq axtarış üzrə məhkəmə prosesləri nəticəsində iyulun 23-də Azərbaycana ekstradisiya edilib.

Hazırda istintaq-əməliyyat tədbirlərinin davam etdiyi bildirilir.

DTX-nin bu açıqlamasına Danila Dorin Konstantinoviç və digər təqsirləndirilənlərin vəkillərinin münasibətini öyrənmək mümkün olmayıb. Onların ittihama münasibəti bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG