Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 20:12

Erdoğan-ın Qətər səfəri bitib


Recep Tayyip Erdoğan və Tamim bin Hamad Al Thani

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Qətəri tərk edib. O, Dohayla Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb ölkələri koalisiyasının mübahisəsində vasitəçilikdən ötrü Körfəzə ikigünlük səfərə getmişdi.

Erdoğan iyulun 24-də Qətər əmiri Tamim bin Hamad al-Thani ilə görüşərək böhranı müzakirə edib. Böhran Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirin Qətərlə bütün kommersiya və diplomatik əlaqələri kəsməsi nəticəsində yaranıb.

Erdoğan-ın səfəri nəticəsində hər hansı irəliləyiş əldə olunması barədə hələlik açıqlama verilmir.

Dörd ərəb ölkəsi Qətəri islamçı ekstremistlərə maliyyə yardımı göstərməkdə, regional rəqib İranla sıx münasibət qurmaqda ittiham edir.

Qətərsə ittihamları rədd edir, koalisiyanın onu beynəlxalq ictimaiyyətlə münasibətlərini korlamağa çalışdığını bildirir.

Türkiyə bu mübahisədə Qətəri müdafiə edib, Dohadakı bazaya əlavə əsgərlər göndərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG