Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Avqust, çərşənbə, Bakı vaxtı 03:28

Palata: BDU-da maliyyə nöqsanları var


Bakı Dövlət Universiteti

Hesablama Palatası Bakı Dövlət Universiteti (BDU) üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və istifadəsi ilə bağlı keçirdiyi audit zamanı bir sıra nöqsanlar aşkarladığını bildirir.

Palatanın məlumatına görə, audit müəyyən edib ki, dövlət sifarişi ilə təhsil alan, lakin müxtəlif səbəblərdən universitetdən xaric edilən tələbələr üzrə təhsil haqqı məbləği dövlət büdcəsinə qaytarılmayıb. Bundan başqa, «Maarifçi Tələbə Kredit» Fondu ilə təhsil krediti haqqında müqavilə imzalayan tələbələr üzrə hesablanmış təhsil haqqı məbləği universitetin zərərinə silinib.

Palata bildirir ki, əməkhaqqına əlavələrin qeyri-düzgün tətbiqi nəticəsində Gənc İstedadlar Liseyinin müəllimlərinə artıq, işləyən məcburi köçkünlərə əlavə əməkhaqqı, Universitetdə təhsil alan və Azərbaycan vətəndaşı olmayan tələbələrə də təqaüd ödənilib.

Auditin nəticələri üzrə nöqsanların qısa müddət ərzində aradan qaldırılması və hüquq pozuntusuna yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə məsuliyyətə cəlb edilməsi məqsədilə qərarın surəti Bakı Dövlət Universitetinə göndərilib.

Hesabat bu gün, iyulun 24-ü Hesablama Palatasının səhifəsində dərc edilib.

Hələlik, BDU hesabata münasibət bildirməyib.

Palata bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində büdcə vəsaitlərinin xərclənməsi zamanı nöqsanlara yol verilməsi haqda da məlumat yaymışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG