Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 20:27

Bakı Narkoloji Dispanserinin sabiq baş həkimi, rüşvət almaqda suçlanaraq həbs olunan Hüseyn Həsənov azadlığa buraxılıb.

İyulun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu haqda hökm çıxarılıb. Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası ona 4 il cəza təyin edib. Eyni zamanda, ona münasibətdə CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Onun cəzası şərti hesab olunub və məhkəmə zalından azadlığa buraxılıb.

***Buna da bax-Tibb qeydiyyatçısı məhkəmədə baş həkimin üzünə durdu

Dispanserin tibb qeydiyyatçısı olmuş Mətanət Şamçıyevaya da eyni cəza verilib. Amma H.Həsənovdan fərqli olaraq, M.Şamçıyeva həbsdə deyildi, istintaq və məhkəmə dövrü üçün onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilmişdi.

H.Həsənov rəhbərlik etdiyi dispanserdə, tibb qeydiyyatçısı vasitəsiylə, narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olmaq barədə arayışların verilməsi əvəzində rüşvət almaqda suçlanır. İttihamda ümumilikdə 3 min 190 manatlıq rüşvətdən söhbət gedir.

H.Həsənov tibb elmləri namizədi, dosent olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG