Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 19:23

Əli İnsanova bəraət istənilir


Əli İnsanov: «İlham Əliyev, sən xalqımın dostu yox, düşmənisən»
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

Əli İnsanov: «İlham Əliyev, sən xalqımın dostu yox, düşmənisən»

2005-ci ildən həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun vəkilləri Ali Məhkəməyə müraciət ediblər. Keçmiş nazirə bəraət verilməsi tələb olunur.

Bu haqda vəkil Toğrul Babayev məlumat verib.

Müdafiə tərəfi 11 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən Ə.İnsanov barəsində çıxarılmış məhkəmə hökmünü qanunsuz və ədalətsiz sayır. Onlar keçmiş nazirlə bağlı cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini tələb ediblər.

Kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib. Şikayətə nə vaxt baxılacağı hələlik bilinmir.

XATIRLATMA

Əli İnsanov 1993-cü ildən 2005-ci ilə kimi səhiyyə naziri olub. 2005-ci ildə həbs edilib. Əvvəlcə vətənə xəyanətdə ittiham edilən keçmiş nazir daha sonra iqtisadi cinayətlərdə günahlandırılaraq 11 il azadlıqdan məhrum edilib.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun ədalətsiz mühakimə olunması barədə qərar çıxarıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişməyib.

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

2016-cı ilin oktyabrında 11 illik həbsdən çıxmasına bir neçə ay qalmış ona yeni ittihamlar irəli sürülüb. Həmin ittihamlar CM-nın 234.1 (narkotik maddənin əldə edilməsi və saxlanması), 315.2 (xidməti vəzifəsini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsi) və 317. 2.1 (qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və gəzdirilməsi) maddələri üzrə verilib. Qaradağ Rayon Məhkəməsi həmin ittihamları təsdiqləyərək Ə.İnsanovu 7 il 5 gün müddətinə azadlıqdan məhrum edib.

İyunun 22-də Bakı Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Hüquq-müdafiə təşkilatları Ə.İnsanovu «siyasi məhbus» sayır.

Ə.İnsanov bütün məhkəmələrində hazırkı iqtidarın yüksəkvəzifəli şəxslərini kəskin tənqid edib. O, yeni ittihamları və təkrarən 7 il 5 gün həbs edilməsini hakimiyyətin onu bilərəkdən azadlığa buraxmamaq istəyi ilə izah edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG