Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 08:53

Hesablama Palatası İctimai Televiziya və Radio Yayımları Şirkətinə (İTV) 2015-2016-cı illərdə dövlət büdcəsindən və kənar mənbələrdən daxil olan vəsaitlərin istifadəsi ilə bağlı auditin nəticələrini açıqlayıb.

Hesabatda görə, subsidiyanın hesablanması zamanı real tələbatlar və əvvəlki illərin icra rəqəmləri nəzərə alınmayıb.

Açıqlamada bildirilir ki, şirkət üzrə reklamdan əldə olunan gəlirlər ümumi xərcin 2015-ci ildə 1.55, 2016-cı ildə 0.3 faizini təşkil edib.

Palata vurğulayır ki, reklam fəaliyyətindən gəlirlərin həcmi azalıb.

Bundan başqa, mükafatların verilməsi zamanı artıq vəsait ödənildiyi, işçilər sanatoriya-kurort, istirahət müəssisələrində olduqları halda iş günləri hesablandığı bildirilir:

«Bir sıra hallarda əməkhaqqı və məzuniyyət dövrü üzrə gəlir vergisi az hesablanıb. Mülki-hüquq müqavilə əsasında işləyən işçiyə muzdlu işdən əldə edilən aylıq gəlirlərinə vergi güzəşti düzgün tətbiq edilməyib. Gəlir vergisi az tutulub, həmçinin artıq ezamiyyət xərci ödənilib».

İTV-də hansı verilişə baxırsız?
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

Hesabata görə, üstəlik, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməyib, malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılmayıb.

Bundan əlavə, bəzi hallarda müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin hesabatlarda düzgün əks olunmadığı bildirilir.

Hesablama Palatası bildirir ki, yol verilmiş nöqsanların əksər hissəsi audit dövründə aradan qaldırılıb. Bununla belə, nöqsanlara yol vermiş vəzifəli şəxslərin ölkə qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsindən ötrü qərar İctimai Televiziya və Radio Yayımları Şirkətinə göndərilib.

Hesabat bu gün, iyulun 24-ü Palatanın səhifəsində dərc edilib.

Hələlik, İTV rəhbərliyi hesabata münasibət bildirməyib.

XATIRLATMA

İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycan Avropa Şurasına üzv olarkən götürülən öhdəliyə əsasən 2001-ci ilin avqustunda yaradılıb.

Ancaq Azərbaycan müxalifəti hesab edir ki, bu televiziya, bir qayda olaraq, hakimiyyətin təbliğatı ilə məşğuldur. Hərçənd, zaman-zaman eşidilən bu tənqidləri İTV-nin rəhbərliyi düzgün saymır.

Günün bütün mövzuları

XS
SM
MD
LG