Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Noyabr, Cümə, Bakı vaxtı 05:20

Trump-ın kürəkənini Senatda sorğu-sual edəcəklər


Jared Kushner

ABŞ prezidenti Donald Trump-ın kürəkəni və baş müşaviri iyulun 24-də Senatın kəşfiyyat komitəsində görüş keçirəcək. Görüş 2016-cı il seçkisi zamanı Trump kampaniyası ilə Rusiyanın münasibətlərinin təhqiqatı çərçivəsində baş tutacaq.

Jared Kushner-in Senatdakı qapalı görüşdən bir gün sonra isə Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində məxfi görüşü olacaq.

36 yaşlı Kushner-dən Rusiyanın Vaşinqtondakı səfiriylə, Rusiyanın böyük bir bankının rəhbəri və rusiyalı vəkillə görüşləri barədə soruşacaqlar. Bunu Palata komitəsinin aparıcı demokratı Adam Schiff deyib.

«Çox şeyi bilmək istəyirik», – Schiff CBS televiziyasının «Face the Nation» proqramına söyləyib.

Konqresdən başqa, Ədliyyə Departamentinin təyin etdiyi xüsusi müşavir Robert Mueller də 2016-cı ildə ABŞ-da seçkiyə mümkün müdaxilə məqsədiylə Trump kampaniyası ilə Rusiya agentlərinin hər hansı koordinasiyasının olub-olmamasını araşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG