Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:51

Etirazlar Polşanın 100 şəhərinə yayılıb


Polşada kütləvi aksiyalara Lex Valensa da qoşulub
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Polşada kütləvi aksiyalara Lex Valensa da qoşulub

Polşada hakim partiyaya qarşı etirazlar ölkənin 100-cən şəhərinə yayılıb.

Aksiyalar parlamentdə qalmaqallı qanunun qəbulundan sonra başlanıb.

Qanun sağçı hökumətə imkan verir ki, Ali Məhkəmənin hakimlərini işindən kənarlaşdırsın.

Prezident Dudanın qanunu 21 günlük müddət ərzində imzalayacağı gözlənir. İndi o, məzuniyyətdədir.

Etirazçılar prezidenti qanuna veto qoymağa çağırırlar.

Yeni qanun, qüvvəyə minərsə, Ədliyyə Nazirliyinə hakimlərin yerinə yenilərini təyin etmək səlahiyyəti verəcək.

Aksiyaçılar hesab edir ki, bu, demokratiyaya zərbədir, hakimiyyətin bir qolunu o birinə tabe edir.

Etirazlara məşhur polyak dissidenti, Polşanın kommunist rejimindən xilas olmasında mühüm rolu olmuş Lex Valensa da dəstək verib.

Buna da bax: Polşada sovet heykəllərinin sökülməsi qərarı verildi, Rusiya narazıdır

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG