Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:59

Lapshin Rusiyaya verilə bilər 


Tatyana Moskalkova
Tatyana Moskalkova

Azərbaycanda həbsdə olan Rusiya, Ukrayna və İsrail vətəndaşı, bloqqer Aleksandr Lapshin Rusiyaya verilə bilər. Bu barədə Rusiyanın insan haqları üzrə müvəkkkil Tatyana Moskalkova bildirib.

O, iyulun 20-də İnterfaks agentliyinə bildirib ki, ölkəsinin xarici işlər nazirliyi və baş prokurorluğu Lapshinin Rusiyaya verilməsi üçün Azərbaycanla danışıqlar aparırlar.

Rusiyanın Ədliyyə Nazirliyindən də RİA Novosti agentliyinə deyiblər ki, Lapshin Azərbaycan məhkəməsinin hökmü qüvvəyə minəndən sonra və Lapshinin özü də müraciət edərsə onlar azərbaycanlı həmkarlarına müraciət edərək ekstradisiya prosesinə başlaya bilərlər.

Hələlik Azərbaycanın hüquq mühafizə orqanları Lapshinin mümkün extradisiyası haqda xəbərləri şərh etməyiblər.

Buna da bax: Lapshin 3 il müddətinə azadlıqdan məhrum edildi

ÖZÜNÜ SUÇLU SAYMIR

Azərbaycan qanunvericiliyinə görə, hökmdən appeliasiya şikayəti verilməyibsə məhkəmə hökmü onun çıxarılmasından 20 gün sonra qüvvəyə minir. Aleksandr Lapshin iyulun 20-də Bakıda 3 il müddətinə azadlıqdan məhrum edilib. Lapshin məhkəmədə son sozundə bildirib ki, ona qarşı irəli sürülən ittihamlarla özünü suçlu saymır, amma qəbul edir ki, Qarabağa səfər etməklə Azərbaycan xalqına mənəvi ziyan vurulmasına səbəb olub. Bloqqer Qarabağ məsələsinin tezliklə Azərbaycanın xeyrinə həll olunmasını istədiyini də əlavə etmişdi.

Qarabağa səfərləri ilə məşhurlaşan bloqqer Aleksandr Lapshin bu ilin yanvarında Belarusda saxlanaraq Azərbaycana verilib. Bakıda dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz keçmədə ittiham edirdilər. Amma hakim sonra ona qarşı dövlət əleyhinə çağırışlar ittihamını götürüb. Lapshin dövlət sərhədini qanunsuz keçmə ittihamı ilə 3 il azadlıqdan məhrum edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG