Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 07:49

Xarici işlər naziri Elmar Məmmədyarovun Macarıstana gedəcəyi gözlənilir.

Nazirliyin mətbuat xidməti xəbər verir ki, səfər iyulun 24-də baş tutacaq.

Səfər proqramına Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və digər rəsmi şəxslərlə görüşlər daxildir.

İki ölkə arasında münasibətlərin və regional məsələlərin müzakirəsi gözlənən danışıqların yekunlarına əsasən xarici siyasət idarələrinin rəhbərləri birgə mətbuat konfransı keçirməlidir.

Macarıstanın xarici işlər və ticarət naziri P.Siyarto 2014-cü il noyabrın 3-dən 4-ə kimi Azərbaycanda səfərdə olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG