Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 00:30

Nazirlik prokurorluğa şikayət edib


Tikinti

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda yaşıllığın məhv edilməsi ilə bağlı Baş Prokurorluğa müraciət edib.

Bu barədə nazirliyin bu gün, iyulun 21-də yaydığı məlumatda bildirilir.

Nazirlikdən verilən məlumata görə, Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev, 22 ünvanında yaşayan bir qrup sakindən şikayət gəlib. Şikayətdə ərazidə ağacların kəsilərək yerində tikinti işlərinin aparıldığı vurğulanıb. Nazirliyin əməkdaşları şikayətçilərin iştirakı ilə yerində araşdırma aparıblar.

«Məlum olub ki, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsində 0.2 hektara yaxın torpaq sahəsi yaşayış binasının tikilməsi məqsədilə «MİD-17» MTK-ya ayrılıb. Sözügedən şirkət yaşıllıq ərazidə özül-qazıntı işlərinə başlayıb.

Araşdırma zamanı ərazidə qanunsuz olaraq müxtəlif diametrli 5 ədəd yaş köküstə ağacın ağır texnika ilə məhv edildiyi və təbiətə 5100 manat məbləğində ziyan dəydiyi aşkar edilib».

Nazirlik olaya hüquqi qiymət verilməsi məqsədilə Baş Prokurorluğa müraciət edib.

Ancaq məsələyə, hələlik, sözügedən şirkətdən və Bakı şəhər İcra Hakimiyyətindən açıqlama almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG