Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 11:02

Dollar hərracda yenə ucuzlaşdı


Dollar

İyulun 20-si Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-dən verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1.7012 səviyyəsində formalaşıb.

Bu gün, iyulun 20-si rəsmi məzənnəyə görə, 1 dollar 1.7017 manata bərabər olmuşdu.

Son 5 ayda keçirilən hərraclarda bəzi istisnalarla manat dollara nisbətən möhkəmlənməkdədir.

Bu müddət ərzində 1 dollar 1 manat 92 qəpikdən 1 manat 70 qəpiyə düşüb.

Bəzi iqtisadçılar isə düşünür ki, Azərbaycanda manatın möhkəmlənməsinin ciddi iqtisadi əsasları yoxdur. Sadəcə, məzənnə reallıqda inzibati qaydada müəyyən edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG