Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 01:19

 Üç ölkənin gömrük bəyannaməsi imzalanıb


arxiv

“Qara dəniz regionunda qeyri-sabitliyin və Yaxın Şərqdə gərginliyin olması fonunda Türkiyə, Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq xüsusi önəm kəsb edir”.

Bunu Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfənğçi iyulun 19-da Bakıda deyib.

O, Azərbaycan, Türkiyə və Gürcüstan gömrük idarələri rəhbərlərinin üçtərəfli görüşündə çıxış edib.

Görüşdə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Gürcüstanın baş nazirinin müavini, maliyyə naziri Dmitri Kumsişvili də iştirak edib.

Türkiyəli nazirin sözlərinə görə, üç ölkə arasında əməkdaşlıq ümumilikdə regionun inkişafına töhfə verəcək.

Danışıqların yekunlarına əsasən "Azərbaycan, Türkiyə və Gürcüstan arasında gömrük sahəsində üçtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair birgə bəyannamə" qəbul edilib.

Həmçinin, Azərbaycan və Türkiyə arasında tranzit avtomobil daşınmaları haqda elektron informasiya mübadiləsi sisteminin yaradılmasına dair də saziş imzalanıb.

Sənədi B.Tüfəngçi və A.Əliyev imzalayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG