Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 08:46

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) casusluq yolu ilə toplanılmış məlumatları Azərbaycandan çıxarmaq istəyən şəxsi saxladığını bildirir.

Bu barədə DTX-nin bu gün, iyulun 19-da yaydığı məlumatda bildirilir.

Məlumatda həmin şəxsin Muxtar Yağubov olduğu açıqlanıb.

Açıqlamaya görə, məlumatlar kiçikölçülü elektron informasiya daşıyıcılarında toplanıb.

DTX bildirir ki, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb:

«Davam edən araşdırmalarla casus şəbəkəsinin ölkənin müxtəlif ərazilərində fəaliyyət göstərən üzvləri - Şakir Əhmədov, Zəka Zeynallı, Səbuhi Abbaszadə, Xudaşükür Nuriyev və Kəmaləddin Hüseynov cinayət məsuliyyətinə cəlb ediliblər. Barələrində müvafiq məhkəmə qərarları ilə həbs-qətimkan tədbiri seçilib».

Məlumatda vurğulanır ki, istintaq-əməliyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları ilə qarşılıqlı yazışmalar və ötürülməsi nəzərdə tutulan müxtəlif xarakterli məlumatlar aşkarlanaraq ələ keçirilib.

«Casus şəbəkəsi xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə dövlət məmurları, ictimai xadimlər və digər dairələrə nüfuz etmək, güc orqanlarının ölkədə apardıqları təhlükəsizlik tədbirləri barədə məxfi məlumatlar toplamaq yönündə fəaliyyət göstərib».

Hazırda istintaq-əməliyyat tədbirlərinin davam etdiyi bildirilir.

Bu açıqlamaya hələlik dövlətə xəyanətdə ittiham edilən bu şəxslərin vəkilləri və yaxınlarının mövqeyini öyrənmək mümkün olmayıb. Onların ittihamlara münasibəti bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG