Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 11:57

'Lazım gələrsə, mühüm dövlət sirlərini də sata bilərlər' -Media icmalı


Azərbaycanda benzin bahalaşdı
Gözlə

No media source currently available

0:00 0:00:23 0:00

Azərbaycanda benzin bahalaşdı

Ölkədə qeyri-neft sektorunun inkişafı, benzinin bahalanmasının səbəbləri və bəzi məmurların qanunsuz əməlləri bu gün (19 iyul 2017-cil) medianın aparıcı mövzularındandır…

BENZİNİ BAHALAŞDIRIB BÜDCƏNİ DOLDURURLAR

«Exo» qəzetində «Benzinin qiymətinin bahalanması Azərbaycanın hər bir vətəndaşının həyatında əksini tapacaq» sərlövhəli məqalə oxumaq olar. Yazıda Aİ-92 markalı benzinin bahalanması ekspert Nəriman Ağayevlə müzakirə edilir.

«Aİ-92 markalı benzinin bahalanması əsasən avtomobil sahibi olan vətəndaşların xərclərinə təsir edəcək. Benzinə çəkilən xərclər artır, gəlirdən xərclərə ayrılan hissə çoxalır. Elə buna görə də başqa sahələrə, o cümlədən ərzağa ayrılan vəsaitin həcmi azaldılacaq. Nəticə etibarilə tariflərin bahalanması hər bir vətəndaşa təsir göstərəcək», - deyə N.Ağayev qəzetə bildirib.

Bununla belə o hesab edir ki, iyulun 15-də Tarif Şurasının qərarı ilə Aİ-92 markalı benzinin satış qiymətinin 70 qəpikdən 90 qəpiyə qaldırılması ərzağın bahalanmasına təsir etməyəcək. Ekspert vurğulayır ki, yükdaşımada əsasən dizel yanacağından istifadə edilir:

«İctimai nəqliyyat da dizel yanacağından istifadə edir. Amma taksi sistemində gediş haqları arta bilər. Çünki kiçik mağazalarda malları daşımaq üçün ya şəxsi avtomobillərdən istifadə edilir, ya da kənardan avtomobil cəlb olunur. Yəqin ki, belə yerlərdə qiymət bahalanması olacaq».

Ekspert SOCAR rəsmisi Davud Məmmədovun bu bahalanmanın neft emalı sahəsinin modernləşdirilməsinə müsbət təsir edəcəyi haqda dediklərini isə qəbul etmir.

N.Ağayevin fikrincə, SOCAR-a əlavə vəsaitlər lazım idisə, daha çox istiqraz buraxa bilərdi.

Ekspert hesab edir ki, benzinin bahalanması büdcəni doldurmaq məqsədi güdür:

«Ola bilər ki, gələn ilin əvvəlində əmək haqlarının və pensiyaların cüzi artımı da baş versin».

Korrupsiya
Korrupsiya

MƏMUR ÖZBAŞINALIĞINA SON- ŞƏFFAF İDARƏÇİLİK

«Yeni Müsavat» qəzetində isə «Məmurlar nə vaxt haqq yoluna qayıdacaq?» sualına cavab axtarılır.

Müəllif bəzi məmurların talançılığından bəhs edir və buna son qoyacaq yolları axtarır:

«Bəzən düşünürsən ki, bəlkə elə belə də olmalıdır? Axı, necə deyərlər, insan çiy süd əmib, onunu, hətta yüzünü bir gündə cəzalandırsan belə, yenə pozacaqlar qanunları, dinc-farağat durmayacaqlar. Fəqət, belə deyil...».

Müəllif hesab edir ki, bütün problemlərin bir həll yolu var. Söhbət şəffaf dövlət və hökumət qurmaqdan gedir.

Yazıda vurğulanır ki, bu məsələdə hökumətin ən böyük qüsuru nəzarəti cəmiyyətlə bölüşmək istəməməsidir:

«Birdəfəlik qəbul etmək lazımdır ki, media, jurnalistlər, cəmiyyət, onun ayrı-ayrı struktur vahidləri heç də düşmən deyil. Onlar bu ölkəyə, onun hakimiyyətinə yalnız və yalnız yaxşılıq arzulayır».

Müəllif yazır ki, sağlam mühitə yol tənqiddən keçir və bu mənada Avropa dövlətlərinin keçdiyi yol böyük nümunə kimi göstərilir.

Yazıda bildirilir ki, tövsiyə və tənqidlərə azca diqqət edilsə, ölkədə həyat yüngülləşər. Hökumət və dövlət daha şəffaf olar, məmurlar da özlərini yığışdırarlar.

Müəllif korrupsiya və məmur özbaşınalığını milli təhlükəsizliyə çox böyük təhdid adlandırır. Onun gəldiyi nəticəyə görə, korrupsioner məmurlardan ötrü müqəddəs heç nə yoxdur. Sadəcə, hər şeyin qiyməti var, lazım gələrsə, hətta mühüm dövlət sirlərini də sata bilərlər.

Müəllifə görə, korrupsiya və məmur özbaşınalığı dövlətin, cəmiyyətin özülünü sarsıdır, idarəçiliyin effektini azaldır, strateji hədəflərin yolunda böyük bir maneəyə çevrilir.

Sumqayıtda karbamid zavodunun tikintisi
Sumqayıtda karbamid zavodunun tikintisi

BÖLGƏLƏRİN İNKİŞAF DÜSTURU- SƏNAYE PARKLARI…

«Azərbaycan» qəzetində «Qeyri-neft sektorunun inkişafı üçün qəbul edilən dövlət proqramları uğurla icra olunur» sərlövhəli məqalədə ölkədə sənaye parkları və zonalarının yaradılmasından bəhs edilir.

Yazıda vurğulanır ki, milli iqtisadiyyatın neft amilindən asılılığını azaltmaqdan ötrü ölkədə qeyri-neft sektorunun və eləcə də regionların inkişafını təmin edən dövlət proqramlarının xüsusi əhəmiyyəti var.

Yazıda bildirilir ki, regionların sosial-iqtisadi inkişafı siyasətinin başlıca məqsədlərindən biri də ixracyönümlü məhsul istehsalının artırılmasıdır. Bu yöndə uğurlu təşviq mexanizmləri kimi sənaye parkları və zonalarının səmərəsi böyükdür:

«Sumqayıt Kimya Sənaye Parkındakı «Azertexnolayn» zavodunda təxminən 750 nəfər işlə təmin edilib. Daha 4 müəssisə cari ildə, 3 müəssisə gələn il fəaliyyətə başlayacaq və həmin müəssisələrdə 800-ə yaxın yeni iş yeri açılacaq. Onu da bildirək ki, burada istehsal edilən məhsulun 56 faizi ixrac olunur».

Yazıda bildirilir ki, Mingəçevir Sənaye Parkında isə tekstil, ayaqqabı, tibbi kosmetika, ipək və digər növ məhsul istehsalı üzrə yerli xammal bazası əsasında 9 fabrik fəaliyyət göstərəcək. Reallaşmasına 150-200 milyon dollar investisiya tələb edilən bu layihə başa çatdıqdan sonra orada 5500-dək yeni iş yerinin açılması gözlənilir.

Yazıda vurğulanır ki, bölgələrin sosial-iqtisadi inkişafında sənaye zonaları mühüm rol oynayır. Belə zonalardan biri də Neftçalada yaradılıb. Orada isə artıq infrastrukturun yaradılması başa çatdırılıb və çalışmaq istəyən 7 iştirakçı qeydiyyatdan keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG