Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 22:01

Ağdamın «Qarabağ» klubu futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib.

İyulun 18-də turnirin ikinci təsnifat mərhələsinin cavab matçları çərçivəsində Ağdam təmsilçisi səfərdə Gürcüstanın «Samtredia» klubu ilə qarşılaşıb.

Boris Payçadze adına stadionda keçirilən oyunun ilk hissəsində Ağdam təmsilçisi hesabı açıb. Donald Qerye topu meydan sahiblərinin qapısından keçirib. Sonrakı dəqiqələrdə komandaların cəhdlərinə baxmayaraq, tabloda rəqəmlər dəyişməyib.

Beləliklə, matç Azərbaycan çempionunun minimal qələbəsi ilə başa çatıb – 1:0. Bir həftə əvvəl Bakıda keçirilən ilk oyun da «Qarabağ»ın qələbəsi ilə yekunlaşıb - 5:0. İki oyunun nəticəsinə görə, «Qarabağ» UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib.

Azərbaycan çempionu təsnifat mərhələsinin növbəti turunda «Şerif» (Moldova)–«Kukesi» (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq. Bu cütün qalibi bu gün, iyulun 19-da bəlli olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG