Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 13:31

6 ayda 12 prokurorluq işçisi cəzalandırılıb


Baş Prokurorluq

2017-ci ilin birinci yarısında Bakıda 6644 cinayət hadisəsi qeydə alınıb. Ötən illə müqayisədə cinayətlərin açılma faizinin 0,3 faiz artdığı açıqlanıb. Cinayətlərin 79,9 faizinin açıldığı bildirilib .

Bu haqda Bakı şəhər prokuroru İlqar Abbasov məlumat verib. O, Bakı şəhər prokurorluğunda 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunan müşavirədə çıxış edib.

Prokurorun məlumatına görə, yarımildə ağır və xüsusilə ağır cinayətlərin sayı 3,4 faiz azalıb. Belə cinayətlərin ümumi sayı 1070 olub. 31 qəsdən adam öldürmə, 7 qəsdən adam öldürməyə cəhd cinayətinin açılması təmin edilib.

Bakı prokuroru həmçinin bildirib ki, yarımildə onlara vətəndaşlardan 8066 müraciət daxil olub. Həmin müraciətlərdən 2144-nə baxılaraq həll edilib, daha 828 müraciət təmin olunub.

Müşavirədə yarımildə nöqsanlara yol vermiş prokurorluq işçilərinin cəzalandırılması haqda da məlumat verilib. Həmin məlumata görə, müxtəlif xətalar törətdiklərinə görə 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Onlardan 5 nəfərin tutduğu vəzifədən azad olunduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG