Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 11:04

Meliorasiya və Su Təsərrüfatı ASC-də pozuntular aşkarlandığı bildirilir


Azərbaycan, su kanalı

“Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin(ASC) Baş Şirvan Kollektorunun İstismarı İdarəsində “Sudan istifadə Qaydaları”nın tələblərinə əməl edilməyib”

Hesablama Palatasının adıçəkilən idarəyə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadə durumu ilə bağlı həyata keçirilmiş auditin nəticələri barədə hesabatında belə deyilir. Palata auditin yekunları ilə bağlı hesabatı yeni təsdiq edib.

Hesabatda bildirilir ki, idarə büdcə layihəsini hazırlayarkən xərclərə olan tələbatı dəqiq hesablamayıb. 2015-ci ildə idarə qazla təchiz olunmayıb, ancaq “Qaz haqqının ödənilməsi” paraqrafı üzrə vəsaitin ayrılması nəzərdə tutulub.

Audit zamanı başqa nöqsanların da aşkarlandığı açıqlanıb.

Nəqliyyat vasitələri ilə bağlı artıq, ehtiyat hissələri silindiyi, enerji itkisinin hesablandığı, “Sudan istifadə Qaydaları”nın tələblərinə əməl edilmədiyindən su haqqı üzrə səmərəsiz xərclərə yol verildiyi bildirilir

İdarənin texnika və işçi qüvvəsindən tam istifadə edilmədiyi, boşdayanmalara yol verildiyi də iddia olunur.

Hələlik, bu hesabata Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən hər hansı münasibət bildirilməyib.

Xatırlatma

Azərbaycanda Hesablama Palatası 2001-ci il iyunun 12-də yaradılıb. Palata həmin il dekabrın 7-dən rəsmən fəaliyyət göstərir.

Palata büdcə vəsaitlərindən istifadənin auditini aparır. Auditlərin nəticələri barədə ictimaiyyətə bilgi verilir.

Ancaq bəzi ekspertlər düşünür ki, bu Palata büdcə məsiməsnilməsi ilə mübarizədə bütün hüquqi imkanlardan yararlana bilmir.Onlar hesab edirlər ki, bu da palatanin işinə nəzarət etməli olan parlamentin müstəqil olmamasından irəli gəlir.Həeçənd parlametdəki deputatların çoxu bu tənqidləri qəbul etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG