Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 20:20

Komitə sədri "bəzi türkiyəli iş adamları"ndan gileylənib


Aydın Əliyev

“Son dövrlər bəzi türkiyəli iş adamları da gömrük vergi və rüsumlarından yayınmaq məqsədilə idxal etdikləri malların dəyərini aşağı göstərməyə çalışırlar... Mən türk iş adamlarına səslənirəm ki, bu cür hallara yol verməyin. Siz isə öz növbənizdə bunu digər həmkarlarınıza tövsiyə edin".

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iyulun 18-də Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamları ilə görüşündə belə deyib.

Görüşdə Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkci də iştirak edib.

Aydın Əliyev vurğulayıb ki, Azərbaycanda investisiya təyinatlı mallar gömrük rüsumundan azad edilib və istehsala investisiyadan ötrü münbit şərait yaradılıb.

“MDB bazarına daxil olmaqdan ötrü Azərbaycan Türkiyə üçün platforma ola bilər. Çünki Azərbaycanda istehsal edilən məhsullar MDB bazarına gömrük vergi və rüsumlarından azad şəkildə daxil olur”, deyə DGK sədri qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG