Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 12:44

İyulun 18-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

Xəbəri Mərkəzi Bank yayıb.

Xəbərə görə, hərracda manatın ortaçəkili məzənnəsi 1.7017 səviyyəsində formalaşıb.

Bu gün, iyulun 18-i rəsmi məzənnəyə görə, 1 dollar 1.7022 manata bərabər olmuşdu.

Son 5 ayda keçirilən hərraclarda bəzi istisnalarla manat dollara nisbətən möhkəmlənməkdədir.

Bu müddət ərzində 1 dollar 1 manat 92 qəpikdən 1 manat 70 qəpiyə düşüb.

Bəzi iqtisadçılar isə düşünür ki, Azərbaycanda manatın möhkəmlənməsinin ciddi əsasları yoxdur. Sadəcə, məzənnə reallıqda inzibati qaydada müəyyən edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG