Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 21:55

MH17 təyyarəsində ölənlərin ailələri 3 ildir ədalət gözləyir


Təyyarənin qəzaya uğradığı yer

2015-ci ilin oktyabrında Niderland Təhlükəsizlik Şurası təyyarənin rus separatçılarının nəzarətində olan ərazidən Rusiya istehsalı olan raketlə vurulduğu qənaətinə gəlib

Evert van Zijtveld 2014-cü ildə Şərqi Ukraynada baş verən təyyarə qəzası haqqında danışmaq istəmir. Bu qəzada iki övladını itirən Van Zijtveld ədalət istəyir.

Malayziya Hava Yollarının MH17 saylı reysinin qəzaya uğramasından üç il ötüb. Buqəzada həm də digər qohumlarını itirmiş ata hələ də gözləyir. Amsterdamdan Kuala Lumpura uçan Boeing 777-nin yerdən vurulması nəticəsində həyatını itirmiş 298 sərnişin və ekipaj üzvünün ailələri də onun kimi gözləyirlər.

“ƏDALƏT QARÇISINDA CAVAB VERMƏLİDİR"

"Bunu edənlər ədalət qarşısında cavab verməlidir. Bu, kiminləsə paylaşa biləcəyim yeganə hekayədir", - van Zijtveld iyulun 13-də RFE/RL-ə verdiyi telefon müsahibəsində belə deyib.

Qəza qurbanlarının 189-u Niderland, ekipaj da daxil, 44 nəfəri Malayziya, 27-si avstraliyalı olub. Bundan başqa təyyarədə 12 indoneziyalı, 10 britaniyalı, 4 alman, 4 belçikalı, 3 filippinli, 1 kanadalı və 1 amerikalı sərnişin olub. Sərnişinlərin bəzilərinin ikili vətəndaşlığı varmış.

Rusiyanın “VKontakte” sosial şəbəkəsində yayılan bir məlumatda o zaman Şərqi Ukraynadakı rus separatçılarının komandiri olmuş Igor Girkin adlı şəxsin məsuliyyəti öz üzərinə götürdüyü deyilirdi. Ancaq separatçılar elə həmin gün bunu inkar etdilər və məlumat sosial şəbəkədən silindi.

MH17 təyyarəsinin qalıqları
MH17 təyyarəsinin qalıqları

2014-cü ilin iyulunda ictimailəşdirilmiş səs yazısında isə separatçılar təyyarəni vurub yerə saldıqları, yalnız sonradan onun hərbi yox, mülki təyyarə olduğunu anladıqları barədə danışırlar.

2015-ci ilin oktyabrında Niderland Təhlükəsizlik Şurası təyyarənin rus separatçılarının nəzarətində olan ərazidən Rusiya istehsalı olan raketlə vurulduğu qənaətinə gəlib.

Sonradan müstəqil araşdırma aparan qruplar da bu nəticəni təsdiqləyiblər.

“SİZ DOĞRUDANMI DÜŞÜNÜRSÜNÜZ Kİ,..."

Aviasiya sahəsində ixtisaslaşmış amerikalı vəkil Jerome Skinner qurbanların yaxınlarından ibarət 33 nəfərlik qrupa başçılıq edir. Avstraliya, Yeni Zelandiya və Malayziyadan olan bu şəxslər Rusiya və onun prezidenti Vladimir Putini Avropa İnsan Hüquqları Məhkəməsinə verərək 330 milyon dollar təzminat tələb edirlər.

Skinner deyir ki, əldə olan bariz dəlillər yalnız bir nəticəyə gəlməyə imkan verir:

"Siz həqiqətənmi düşünürsünüz ki, təyyarədə olmuş 80 uşağın ailəsi qarşısında heç bir məsuliyyət daşımırsınız? ...Siz qan və meyidlərin arasında gəlincikləri, rəngləmə kitablarını və oyuncaqları görmüsünüz? Siz torpağa bulaşmış ayı balasını... mükafat kimi əlində tutan qartımış üsyançı döyüşçünün şəklini görmüsünüz?" - Skinner iyulun 12-də Putinə yazdığı açıq məktubda bu sualları verir.

"Cənab Putin, mənim müştərilərim üç il gözləyiblər. Hələ də heç bir məsuliyyət yoxdur... Bu məsələni həll edə biləcək yeganə adam sizsiniz". Bu sözləri də o yazıb.

Rusiyanın bu qəzada roluna dair bu qədər dəlil və ittiham olsa da, Kreml bunu inkar edir. Rusiya göz qabağında olan sübutlara məhəl qoymayaraq Şərqi Ukraynadakı separatçıları dəstəkləmək üçün onlara silah və qoşun göndərdiyini də inkar edir. Bu müharibədə artıq sözügedən qəzanın qurbanları da daxil, 10 mindən çox insan həyatını itirib.

İSTİNTAQIN NƏTİCƏLƏRİ

Ukraynanın Niderland Krallığındakı səfiri Vsevolod Chentsov Rusiyanın MH17 işində əməkdaşlıq etmək istəməməsini vurğulayır:

"Rusiya tərəfində hər şey siyasi iradədən asılı olacaq… Qərəzli mövqe tutmaqda ittiham olunmamaq üçün gələcəkdə məhkəmə prosesini siyasətdən uzaq saxlamaq vacibdir".

Şübhəli şəxslərin adları göstərilməsə də, istintaq müəyyən nəticələrə gəlib.

İyulun 13-də - qəzanın ildönümü günü Malayziyanın nəqliyyat naziri Datuk Seri Liow Tiong Lai jurnalistlərə bildirib ki, işlə bağlı 200-dən çox şəxsdən ifadə alınıb və bu ilin sonu - gələn ilin əvvəli, ən azı, bəzi şəxslərə ittiham irəli sürülməsi gözlənilir:

"Biz raketi atan şəxsin irəli çıxaraq həmin gün nə baş verdiyini bizə deməsini də umuruq".

Günün bütün mövzuları

XS
SM
MD
LG