Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 08:43

Bu ilin birinci yarısında ölkədə 31 milyard 310.6 milyon manat Ümumi Daxili Məhsul (ÜDM) istehsal edilib.

Əhalinin hər nəfərinə 3 min 224.6 manat dəyərində ümumi daxili məhsul düşür.

Bu barədə Dövlət Statistika Komitəsinin bu gün, iyulun 17-də yaydığı məlumatda bildirilir.

Məlumatda vurğulanır ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrünə nisbətən 1.7 faiz artıb. Neft-qaz bölməsində isə 6.6 faiz azalma baş verib.

Ümumi Daxili Məhsulun 13 milyard 195.2 milyon manatı sənayenin, 3 milyard 414.6 milyon manatı ticarət, nəqliyyat vasitələrinin təmiri, 2 milyard 536.8 milyon manatı tikinti, 2 milyard 249.6 milyon manatı isə nəqliyyat və anbar təsərrüfatının payına düşür.

XATIRLATMA

Bundan əvvəl bu ilin yanvar-may aylarına aid statistikada bildirilirdi ki, ölkədə 25 milyard 338.7 milyon manatlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal edilib.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM-dəki azalma 0.9 faiz təşkil edirdi.

Ötən il Azərbaycanda ÜDM 3.8 faiz azalmışdı.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG