Keçid linkləri

Təcili xəbərlər
2018, 09 Dekabr, bazar, Bakı vaxtı 23:55

Neft Fondunun vəsaitləri artıb


Azərbaycan Dövlət Neft Fondu

Bu ilin 6 ayında Azərbaycan Dövlət Neft Fondunun (ADNF) büdcə gəlirləri 6 mlrd. 127.2 mln. manat, büdcə xərcləri isə 5 mlrd. 533.8 mln. manat təşkil edib.

Fondun yaydığı məlumata görə, bu ilin yanvar-iyun aylarında neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı 5 mlrd. 458.8 mln. manat gəlir əldə edilib.

Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər isə 668.4 mln. manata bərabər olub.

Məlumatda bildirilir ki, bu dövr ərzində 2 mlrd. 991 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib.

Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 56.4 mln. manat ayrılıb.

Habelə, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 21.5 mln. manat, Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin maliyyələşdirilməsinə əlavə olaraq 2.7 mln. manat vəsait ayrılıb.

«4.7 mln. manat vəsait «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın maliyyələşdirilməsinə yönəldilib. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 2 mlrd. 448.3 mln. manat Azərbaycan Mərkəzi Bankına transfert edilib. 2017-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 9.2 mln. manat təşkil edib»,-məlumatda vurğulanır.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ADNF-nin büdcədənkənar xərci 98.4 mln. manat təşkil edib.

2017-ci il iyulun 1-i Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33.147 mlrd. dollar) nisbətən 4.96 faiz artaraq 34 mlrd. 790.9 mln. dollara bərabər olub.

Neft Fondu 1999-cu ildə yaradılıb, Əsasnaməsi təsdiq edilib, əməli fəaliyyətə 2001-ci ilin iyul ayından sonra başlayıb. O vaxtdan fonda 130 milyard dollara yaxın vəsait daxil olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG