Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 02:56

İran prezidenti Hassan Rohaninin kiçik qardaşı Hossein Fereidoun maliyyə cinayətlərinə görə həbs olunub.

Azadlıq Radiosunun məlumatına görə, bu barədə İran məhkəmə hakimiyyətinin sözçüsü Gholamhossein Mohseni Ejei iyunun 16-da televiziya ilə yayımlanan mətbuat konfransında məlumat verib.

“Bu şəxslə bağlı çoxsaylı istintaq işi aparılıb.Həmçinin digər şəxslərlə bağlı istintaq aparılıb və onlardan bəziləri hazırda həbsdədirlər. Onun zamına buraxılması üçün girov qoyulmuşdü, amma o bunu təmin edə bilmədiyindən həbsə göndərildi”, sözçü bildirib.

Həm də İran prezidentinin köməkçisi olan Hossein Fereidoun uzun müddət idi ki, maliyyə cinayətləri və korrupsiyada ittiham olunurdu.

Bir qrup deputat bu ilin yanvarında onu məhkəmə qarşısında cavab verməyə çağırmışdılar.

Buna qarşı olanlar isə məsələnin siyasi motivli olduğunu deyirlər.

Məlumata görə, Hossein Fereidoun Karac və Nişapurda bölgə sədri olub.

Vaxtilə Ayatollah Khomeini-nin təhlükəsizliyinə görə məsul şəxs və seçki kampaniyası ərzində prezident Hasan Rohaninin məsləhətçisi olub.

2015-ci ildə isə İranın nüvə proqramı ilə bağlı danışıqlarda ölkənin rəsmi nümayəndəsi olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG