Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 13:31

1875-ci ilin iyulunda Bakıda hava necə olub?

(“Ən böyük azərbaycanlı” həftəsi başlanır)

1875-ci ilin iyulu...

Görəsən, o vaxt Bakıda havalar necə keçib?

Çox güman, indikindən qaynar, indikindən boğucu olub...

Nə adamı sərinlədən Şollar suyu vardı, nə də kondisionerlər.

Amma Bakı yeni bir dövrün astanasındaydı - neft çağı başlanırdı!

Və bir də bu şəhərdə ilklərə imza atmaq əzmində olan bir nəfər yaşayırdı -

Bakı Real məktəbinin bir müəllimi.

İstəsəydi, elə müəllim maaşıyla torpaq alıb gələcəkdə milyonçu da ola bilərdi.

Amma O, başqa sevdadaydı...

Milləti oyatmaq, ona doğru yol göstərmək istəyirdi.

Onun təşəbbüsüylə 2 il öncə ilk teatrın əsası qoyulmuşdu.

Şəhərdə ilk xeyriyyə cəmiyyətləri yaranmağa başalyırdı.

İlk qəzet də çıxmalıydı!

Bax, 1875-ci ilin isti iyulunda onu dincəlməyə deyil, çalışmağa vadar edən də bu səbəb idi.

- İlk anadilli qəzet necə yarandı?

- Həsən bəy bu yolda hansı məşəqqətlərdən keçdi?

- “Ən böyük Əkinçi” daha hansı ilklərə imza atdı?

- X1X əsrdə yaşayan Həsən bəy Zərdabini XX1 əsrdə yaşayanlar nədən “Ən böyük azərbaycanlı” adlandırdılar?

İyulun 16-da saat 23-də və bütün həftə boyu AzadlıqRadiosunda “Həsən bəy və Hənifə xanım” dastanı yenidən səslənəcək.

İldə bir dəfə o Böyük Əkinçinin ibrətli həyat tarixçəsini dinləməyin ləzzətini çıxarın.

Zərdabi həftəsində Zərdabinin izinə düşün.

Bu “İz”i itirməyin!

“İz”də qalın.

Günün bütün mövzuları

XS
SM
MD
LG