Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 22:25

“Standard&Poors” SOCAR-ın reytinqini aşağı saldı


Foto arxiv

“Standard&Poors” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinqinə yenidən baxıb. SOCAR-ın reytinqi aşağı salınıb.

Bu barədə agentliyin yaydığı açıqlamada bildirilir. Reytinqin aşağı salınması qərarı iyulun 14-də verilib.

Agentlik SOCAR-ın indiyə qədərki uzunmüddətli korporativ kredit reytinqinin “BB” səviyyəsində olduğunu xatırladır. “BB” “Zəif” səviyyədir.

“Standard&Poors” şirkətin reytinqini daha aşağı səviyyə olan “CreditWatch Negative” siyahısına salıb.

Agentlik öz qərarını SOCAR-la bağlı “qeyri-müəyyənliklər”lə izah edib. Qurum qeyd edir ki, 2016-cı ildə SOCAR-ın maliyyə göstəriciləri, siyasəti mənfi məzmunda olub. Dövlətin də dəstəyi ilə mənfi dinamikanın müsbətə doğru dəyişib-dəyişməyəcəyi isə bəlli deyil.

Agentlik Azərbaycan iqtisadiyyatı üçün kritik rol daşıyan SOCAR-ın reytinqinə müsbət təsir edə biləcək amillərin olduğunu da qeyd edib. İlk sırada hökumətin şirkətə gərəkli dəstək verə bilməsi göstərilir.

XATIRLATMA

Standard & Poor’s SOCAR-ın reytinqinə bundan əvvəl 2016-cı ilin avqust və dekabr aylarında baxmışdı.

Avqustda SOCAR-ın proqnozu “stabil”dən “neqativ”ə endirilmişdi.

Dekabrda isə reytinq proqnozu “neqativ” olaraq təsdiqlənmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG