Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 03:15

Prezident Yasamalda yeni salınan parka baş çəkib


İlham Əliyev Yasamal rayonunun yeni salınan parkda. 15 iyul 2017

İyulun 15-də prezident İlham Əliyev paytaxtın Yasamal rayonunun Mətbuat prospektində yeni salınan parkda yaradılan şəraitlə tanış olub.

Bu haqda “prezident.az” saytı xəbər verir. Məlumatda deyilir ki, “antisanitariya mənbəyinə çevrilən ərazi” abadlaşdırılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb, çoxlu sayda oturacaq və idman qurğuları quraşdırılıb.

Buna da bax:​ Deputat: 'Tarif Şurasının bu qərarı doğru qərar deyil' [şərhlər]

Bundan əvvəl parkın yerləşdiyi ərazidə “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin inşası aparılırdı. Ancaq prezidentin göstərişi ilə “Ovçular evi” ərazisində inşa olunan həmin binanın tikintisi dayandırılmışdı. Buna səbəb kimi tikintini həyata keçirən şirkətin 54 ağacı və yaşıllıqları tamamilə məhv etməsi göstərilirdi. Sonradan bildirildi ki, tikintini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələnib və fakt üzə cinayət işi açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG