Keçid linkləri

2017, 27 İyul, Cümə axşamı, Bakı vaxtı 08:59

Günay Axundova:"Körpəmin yiyəsizlər qəbiristanlığında basdırıldığını dedilər" 


arxiv

Ananın içində şübhələr var: "Uşağın nəşini istəyəndə dedilər, morqdadır. Sən demə bizi aldadıblarmış, uşağı özbaşına yiyəsizlər məzarlığında basdırıblarmış".

Bu hadisə ötən ilin aprelində Bakı sakini Günay Axundovanın başına gəlib.

“7-8 ÖLÜ KÖRPƏ GƏTİRİLİB, EYNİ QƏBİRDƏ BASDIRILIB”

Günay Axundova "Qaynar xətt"ə danışır ki, ötən il aprelin 6-da Respublika Klinik Xəstəxanasında qeysər üsulu ilə körpə dünyaya gətirib. Ananın iddiasına görə, həkimlər körpənin sağlam olduğunu deyiblər. O, palataya keçəndən sonra körpənin yanına gətirilməsini istəyib. Ancaq bildirilib ki, körpə sağ deyil:

"Uşağı bir neçə gün mənə göstərmədilər. Öldüyünü də ayın 10-da dedilər. Tələb etdim ki, körpəmin ölüsünü göstərsinlər. Dedilər, tibbi ekspertizaya göndərilib. Yoldaşımla Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə getdik. Orda da bildirdilər ki, körpə Hövsandakı yiyəsizlər qəbiristanlığında dəfn olunub. Qəbiristanlığa gedəndə qarovulçu bir siyahıya baxdı və mənim adım-soyadımla ölü körpə daxil olduğunu, dəfn edildiyini təsdiqlədi. Məzarı da göstərdi, ancaq bildirdi ki, aprelin 12-də mənim körpəmlə birlikdə 7-8 ölü körpə gətirilib və hamısı eyni qəbirdə basdırılıb. Mən bilmirəm, 9 ay bətnimdə gəzdirdiyim körpənin taleyindən xəbərsizəm, ölübmü, qalıbmı, mənə qaranlıqdır. Çünki razılığım olmadan və meyiti mənə göstərmədən "aparıb dəfn etdik" demələri məndə şübhələr yaradıb".

İndi ananı düşündürən sual budur - körpəsi həqiqətənmi ölüb? Ölübsə, nəşi niyə ondan gizlin dəfn olunub? Ana məzarın açılmasını və körpə meyitlərinin ekspertiza olunmasını tələb edir:

"Körpəmin nə ölüsünü göstərdilər, nə dəfninə razılıq ərizəsi yazdırdılar. İndi də deyirlər, orda 7-8 körpə meyiti var, hamısı da çürüməyə məruz qalıb. Nə bilək hansı sənindir?"

“BURDA CİNAYƏT TƏRKİBİ VAR”

Hüquqşünas Vaqif Alıyev deyir, körpə anadan razılıqsız dəfn olunubsa, bu əməldə cinayət tərkibi var:

"Körpəsinin ölüsünü görməyən, öldüyü və nəşi ondan xəbərsiz dəfn olunduğu bildirilən ananın hər şey düşünmək haqqı var. Hətta ana düşünə bilər ki, o körpə bəlkə də hardasa sağdır, doğulandan sonra satılıb. Bu məsələyə hüquq-mühafizə orqanları müdaxilə etməli, ananın tələbini təmin etməlidilər. Ana ərizə ilə baş prokurora müraciət etməlidir, baş prokurorluğun qərarı ilə ekshumasiya keçirilməli, məzardakı körpə nəşləri çıxarılmalı, ekspertizadan keçirilməlidir. Ana körpənin dəfninə razılıq verməyibsə, körpə dünyaya gələn anda ölüsü, ya dirisi anaya göstərilməyibsə, burada çoxlu şübhələr ortaya çıxa bilər".

Buna da bax: Körpələr sağlammı doğulur? - 275 çağadan 115-də qüsur aşkarlanıb

“GEC MÜRACİƏT EDİBLƏR”

Vaqif Alıyev deyir, körpənin nəşi valideynlərə göstərilməli, dəfn olunması onlara təklif edilməli, valideynlər nəşi götürməkdən və dəfn etməkdən imtina barədə ərizə yazdıqları halda dəfn prosesini dövlət özü həyata keçirməlidir. Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi uşağın dəfn olunması ilə bağlı valideynə rəsmi müraciət etməlidir.

Respublika Klinik Xəstəxanasından "Qaynar xətt"ə bildirilib ki, ötən ilin aprelində doğum şöbəsində qeysər üsulu ilə dünyaya oğlan uşağı gətirən anaya və valideynlərinə körpənin öldüyü barədə məlumat verilib. Lakin onlar körpənin nəşinin saxlandığı Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə gec müraciət ediblər.

İndi iş hüquq-mühafizə orqanlarına düşür.

Sənin fikrin

Şərhləri göstər

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG