Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:24

ABŞ-a buraxılmayan iranlı alimin Basij-lə əlaqəsi varmış


Mohsen Dehnavi
Mohsen Dehnavi

Birləşmiş Ştatlara buraxılmayan iranlı xərçəng xəstəliyi tədqiqatçısı könüllü silahlı qruplaşmanın tələbə qanadına rəhbərlik edibmiş. “Associated Press” agentliyi yazır ki, bu haqda iyulun 13-də İranın dövlət televiziyası məlumat yayıb.

XƏRÇƏNG XƏSTƏLƏRİNİ XİLAS ETMƏK

Televiziya Mohsen Dehnavi arvadı və uşaqlarıyla birlikdə Tehrana qayıtdığını göstərib. O, telekanala müsahibəsində Birləşmiş Ştatlara yalnız elm və tədqiqat məqsədiylə getdiyini söyləyib.

“Tədqiqatımızın mövzusu səhiyyə və xərçənglə mübarizə aparanları bu təhlükəli xəstəlikdən xilas etməkdir. Ancaq Amerika akademik icmasının səylərinə baxmayaraq, bizi ölkəyə buraxmadılar”, – o deyib.

Dehnavi ailəsi ilə birlikdə Bostondakı Logan Beynəlxalq Aeroportunda həyat yoldaşı və üç uşağıyla birlikdə bazar ertəsi saxlanıb. Əlində alimlər üçün nəzərdə tutulmuş J-1 vizası olmasına baxmayaraq, ertəsi gün İrana göndərilib. Dehnavi Boston Uşaq Xəstəxanasında işə başlayacaqdı.

ABŞ Gömrük və Sərhəd Patrulu bildirib ki, ailənin saxlanması prezident Donald Trump-ın altı müsəlman ölkəsindən gələnlərə qadağasıyla bağlı deyil. Ancaq xidmət ailənin geri qaytarılmasının səbəbini də açıqlamayıb.

Buna da bax: Sürücülər hicab taxmasa, maşınlar müsadirə ediləcək

BASİJ-İN TƏLƏBƏ QANADININ RƏHBƏRİ OLUB

İranın dövlət televiziyası yarırəsmi Fars xəbər agentliyinin bir neçə il bundan əvvəlki xəbərini yayımlayıb. Həmin məlumata əsasən, Dehnavi 2007-ci ilin sentyabrında Basij-in İrandakı Sharif Universitetindəki tələbə qanadının rəhbəri olub. Basij İranın İnqilab Keşikçiləri Qvardiyasına bağlı könüllü silahlı dəstədir.

O, daha sonra, 2013-cü ildə tanınmış sərt xətt tərəfdarı Saeed Jalili-nin prezidentliyə namizəd kampaniyasında çalışıb.

Dehnavi Bostonda 30 saat saxlandıqlarını bildirib. “Onlar məni və ailəmi həbsə oxşar şəraitdə 28-30 saat saxladılar. Bizə otaqdan çıxmağa, yaxud kiməsə zəng etməyə icazə vermirdilər”, – o söyləyib.

İranın elm və texnologiya üzrə vitse-prezidenti Sourena Sattari deyib ki, bu cür davranış elm icmasında çaşqınlıq yaradır. Tasnim yarırəsmi xəbər agentliyinin yazdığına görə, Sattari deyib ki, Dehnavi və ailəsi “qeyri-adi bəhanələrlə”, bütün rəsmi sənədləri əldə etmələrinə baxmayaraq, Birləşmiş Ştatlara buraxılmayıblar.

Boston Uşaq Xəstəxanası iyulun 13-də bildirib ki, Dehnavi nə vaxtsa burada işləməyib. “Onun vizasını Dövlət Departamenti təsdiqləyib. Xəstəxananın Dr. Dehnavi-nin Birləşmiş Ştatlara buraxılmaması barədə əlavə bilgisi yoxdur”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG