İyulun 13-də ABŞ məhkəməsinin hakimi Trump administrasiyasının səyahət qadağasına qarşı qərar çıxarıb. Qadağa altı müsəlman ölkəsindən gələnlərin ABŞ-da girişini müvəqqəti yasaqlayır, ancaq yaxın qohumların Birləşmiş Ştatlara gəlməsinə icazə verir.
Havay ştatının paytaxtı Honolulu məhkəməsinin hakimi Derrick Watson-un çıxardığı qərarda deyilir ki, ABŞ-da yaşayanın nənə-babaları, əmi-dayıları, xala-bibiləri və digər qohumları da ölkəyə gələ bilərlər. Administrasiya bunu yasaqlayırdı, yalnız həyat yoldaşlarını, valideynləri, övladları, nişanlıları, bacı-qardaşı yaxın qohum sayırdı.
Səyahət qadağası İran, Suriya, Somali, Liviya, Yəmən və Sudandan gələnlərə aiddir.
Honolulu məhkəməsi Havay ştatının xahişiylə adıçəkilən qohumların ölkəyə buraxılmasıyla bağlı xüsusi əmr çıxarıb.