Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:46

Sarkisian Azərbaycanla həmsərhəd Tavuş rayonunda olub


Serzh Sarkisian

Ermənistan prezidenti Serzh Sarkisian iyulun 13-də Azərbaycanla həmsərhəd olan Tavuş rayonuna gedib.

Bu barədə Azadlıq Radiosunun Ermənistan xidməti Sarkisianın mətbuat xidmətinə istinadla xəbər verir.

Məlumata görə Sarkisian hərbi mövqelərdən birinə baş çəkib, hərbçilərin yaşayış şəraiti və döyüş hazırlığı ilə tanış olub.

Bundan sonra o, müdafiə naziri və digər hərbçilərlə birlikdə İcevandakı yeni hərbi hissəyə baş çəkib, yeni hərbi şəhərcikdəki kazarmalar, ordakı şəraitlə tanış olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG