Keçid linkləri

Təcili xəbərlər
2018, 16 İyul, Bazar ertəsi, Bakı vaxtı 00:49

Pambıq istehsalının 500 min tona çatdırılması hədəflənir


Azərbaycanda pambıq yığımı

Prezident İlham Əliyev iyulun 13-də "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiqlənməsi haqqında sərəncam imzalayıb.

Proqramın məqsədi pambıqçılığın inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının artırılması və kənd əhalisinin məşğulluğunun təmin edilməsi, ölkəyə əlavə valyuta daxilolmalarına şərait yaratmaqdır.

Buna da bax: Prezidentin pambıq planı və torpağı zorla əlindən alınanlar

Eyni zamanda, yerli pambıq xammalına əsaslanan tekstil sənayesinin formalaşdırılması nəzərdə tutulur.

Dövlət Proqramının əsas hədəfi isə 2022-ci ildə xam pambıq istehsalını 500 min tona çatdırmaqdır.

2017-ci ildə Azərbaycanda pambıq əkini sahələri 50,9 mindən 134,5 min hektara artıb. Bu il tədarük edilən pambığın həcmi isə 80 min ton civarında olub.

Buna da bax: Biləsuvarlılar daha pambıq yığmaq istəmirlər

Nazirlər Kabineti nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək məqsədi ilə hər il dövlət büdcəsi və Dövlət İnvestisiya Proqramından zəruri vəsaitin ayrılmasını təmin etməlidir.

Dövlət Proqramının həyata keçirilməsi Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinə tapşırılır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG